Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


12.03.2021  18:28 

Müəllim direktorun onu video ilə şantaj etdiyini deyir





A+  A-

Bakının Xətai rayonu, 194 nömrəli məktəbin fiziki tərbiyə müəllimi Sara Rəhmanova məktəbin direktoru Elnarə Zeynalova və direktor müavini İsmayıl Hüseynov tərəfindən psixoloji təzyiqlərə məruz qaldığını iddia edir.
XəzərNews.az bildirir ki, bu barədə “Qafqazinfo”ya danışan şikayətçinin sözlərinə görə, direktorun onunla ədavəti məktəbə təyin olunandan sonra qatıldığı ilk iclasda başlayıb: “Elnarə Zeynalova ilk iclasda deyib ki, məktəbin idman zalında işıqlar yanmır. Müəllimlər işıqlandırmanı düzəltsinlər, lampalar alsınlar. Mən əlimi qaldırıb etiraz etdim və dedim ki, dövlətimiz, Təhsil Nazirliyi bizi hər şeylə təmin edib. Bu, onun xoşuna gəlmədi və o vaxtdan mənimlə ədavətə başladı. Deyir ki, guya onda mənimlə bağlı videogörüntülər var, mən qanunu pozmuşam. Mən bilmirəm nə görüntülərdir, məni onlarla şantaj edir”.

S. Rəhmanova bildirib ki, direktor onu müavini - hərbi hazırlıq müəllimi İsmayıl Hüseynov vasitəsilə təhdid edib. Müəllimin sözlərinə görə, ötən ilin dekabrında onunla görüşən direktor müavini “gərək direktorla bağlı sosial şəbəkədə yazmazdın, daha onunla işləyə bilməyəcəksən. Sən ərizəni yaz çıx” deyib: “Mən isə işdən çıxmaq fikrimin olmadığını bildirdim. Sonra dedi ki, direktor məni 70-ci maddə ilə işdən kənarlaşdıracaq. Bir-iki gün keçdi, ağlaya-ağlaya İsmayıla zəng elədim və dedim ki, sən evə çörəyi necə aparırsan, mənim başıma belə oyunlar gətirirsən? 37-ci polis bölməsinə və direktora ərizə ilə müraciət elədim. İstədim hər şey qanuni olsun. Direktor İsmayıl müəllimlə məni otağına çağırdı. Otaqda kamera olduğuna görə İsmayıl etdiyini boynuna almadı. Bildirdim, siz məni o həddə gətirirsiniz ki, mən damarlarımı kəsim və deyim ki, siz məni buna məcbur eləmisiniz”.

Müəllimin sözlərinə görə, bundan sonra onu 37-ci polis bölməsinə çağırıblar. Məlum olub ki, onun direktoru və müavinini təhqir etməsi iddiası ilə bağlı aktlar tərtib olunub:

“Mən isə bildirdim ki, bunlar şər-böhtandır. Əslində mən ondan əvvəl bölməyə müraciət eləsəm də, mənim ərizəmi araşdıran olmayıb. Dünən isə direktor zəng edib ki, məni “NZS” qəsəbəsinin sahə müvəkkili çağırır. Məlum olub ki, guya asayişi pozduğuma - xırda xuliqanlığa görə 50 manat cərimələyiblər. Məqsəd də odur ki, məni bu yolla - müəllimlərin etik davranış qaydalarını pozduğumu əsas gətirərək işdən çıxarsınlar”.

S. Rəhmanova iddia edir ki, yeni direktor məktəbdə qanunsuzluqlar törədir, həmçinin şəxsi mühafizəçisini texniki işçi adı ilə məktəbə gətirir.
Onun sözlərinə görə, ötən il Təhsil Nazirliyinə də məktəbdə olanlarla bağlı müraciət edib.

Şikayətlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən məsələ haqda Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

194 nömrəli məktəbdən isə bildirilib ki, məktəbin hərbi rəhbəri İsmayıl Hüseynov məktəbin fiziki tərbiyə müəllimi Sara Rəhmanova tərəfindən təhqir olunub. İ. Hüseynov bununla bağlı polisə müraciət edib:

“Martın 11-də polis əməkdaşları məktəbə gəliblər. Bildiriblər ki, fiziki tərbiyə müəllimi Sara Rəhmanovanı görmək istəyirlər. Məlum oldu ki, fevralın 4-də məktəbin hərbi rəhbəri İsmayıl Hüseynov 37-ci Polis bölməsinə, Xətai Rayon Polis İdarəsinə, Xətai Rayon Prokrorluğuna Sara Rəhmanovanın onu təhqir etməsi, şantaj etməsi, şəxsiyyətini alçaltması ilə əlaqədar ərizə ilə müraciət edib. Ərizə araşdırılıb, fiziki tərbiyə müəllimi Sara Rəhmanova İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıqla inzibati cəza alıb. Protokola əsasən, Sara Rəhmanova 50 manat cərimə olunub. Polis əməkdaşı Sara Rəhmanovaya Hərbi rəhbərlə barışmağı təklif etsə də, Sara Rəhmanova imtina edib”.

Qeyd edək ki, Sara Rəhmanova “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlının qızıdır.

Xəbər 3529 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +